Ölkə futbolu
Elvin qayıdır
“Sabah”ın zədəli oyunçusu Elvin Camalov tezliklə yaşıl meydanlara qayıdacaq. Bu barədə futbolinfo.az-a oyunçunun özü məlumat verib.
Millimizin yarımmüdafiəçisi bu həftəsonu çempionat matçında iştirak üçün hazır olacaq. Baş məşqçi şans verəcəyi halda o, meydana çıxa biləcək.
Xatırladaq ki, Camalov Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnmişdi. RFS-lə Bakıdakı görüşün 69-cu dəqiqəsində Anatoli Nuriyevlə əvəzlənən Elvin “Partizan”la matçları da buraxdı. O, Misli Premyer Liqasının cari mövsümündə hələ forma geyməyib.