Ölkə futbolu
Elxan Məmmədov karantinə alınmalıdı: sosial məsafəni gözləmədi
Gözlə qaş arasındakı Kipr(ik)…
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Lüksemburqla oyundan sonra itmişdi, indi təbliğat xarakterli xəbərlər ortaya çıxmağa başlayıb. Sən demə, kiprli həmkarları ilə görüşüb.
Belə ki, Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün Kiprin qonağı olacaq. Dünən Kipr Futbol Assosiasiyasının rəsmiləri səfərdə olan AFFA nümayəndələri ilə bir araya gəlib.
Azərbaycan nümayəndələrinin şərəfinə təşkil təşkil olunan ziyafətdə Kipr Futbol Assosiasiyasının prezidenti Giorqos Kumas AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova xatirə hədiyyəsi təqdim edib. Məmmədov da həmçinin qarşı tərəfə Azərbaycan xalçası hədiyyə edib.
Özünüz təsəvvür edin: yalnız bir tərəfdə prezident təmsil olunub. Deməli, Məmmədovun məsuliyyətdən qaçmaq üçün bəhanəsi yoxdu, Azərbaycan futbolunda bütün qərarları o verir, günahlar da onun boynundadı. Kumasla görüşə Rövnəq Abdullayev getməyib, çünki AFFA prezidenti kimi formal fiqurdu.
Amma bu xəbər niyə mətbuatımızda tirajlansın ki? Protokol qaydasıdı, görüşməlidi də. Məqsəd guya bu adamın işlədiyini göstərməkdi. Yəni ki, marketoloq işləyir, futbolçular oynaya bilmir.
Öz təbliğatına başlayıbsa, deməli, narahatdı, quyruğu qapı arasındadı. Amma elə bu təlaşla pandemiyanı unudub, sosial məsafəni qorumayıb, maska taxmayıb. Kipr bu baxımdan problemli ölkədi, vətənə qayıdan kimi həm Məmmədovu, həm də məclisin digər iştirakçılarını karantinə almaq lazım gələcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?