Dünya futbolu
Emersonun əvəzinə Tomori
Fikayo Tomori “Milan”dan ayrıla bilər. Müdafiəçiyə “Tottenhem” elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, Emerson Royalı satmağı düşünən londonlular onun əvəzedicisi kimi məhz Tomorini görür. “Tottenhem”in 2021-ci ildə “Barselona”dan aldığı brazilyalı ilə 3,5 illik müqaviləsi qalsa da, 24 yaşlı oyunçudan razı deyil. Londonlular onu “Milan”a göndərmək, əlavə olaraq pul ödəmək niyyətindədir.
“Milan” kanadalı futbolçusunu əldən vermək istəmir. 25 yaşlı müdafiəçi ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə var. Amma “Tottenhem” 50 milyon avro ödəməyə razı olsa, İtaliya klubu rədd etməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”