Ölkə futbolu
Emil zədələndi, Aqil “Neftçi”də qaldı
Aqil Məmmədovun “Araz-Naxçıvan”a gedişi baş tutmaya bilər. “Neftçi” təcrübəli qapıçı ilə yeni müqavilə bağlamaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bakılılarla müqaviləsi başa çatan Məmmədovun Naxçıvan təmsilçisinə keçidi gözlənilirdi. Aqil özü də heyətdə 3-cü qapıçı rolu ilə barışmadığından doğma şəhərinin təmsilçisi ilə danışıqlara başlamışdı. İvan Brkiçlə müqavilənin müddətinin uzadılması, üstəlik, Emil Balayevin transferi üzündən Məmmədovun başqa yolu qalmamışdı.
Lakin bir anda vəziyyət dəyişdi. Balayevin Sankt-Peterburq turnirində zədələnərək 5 aylıq sıradan çıxması “Neftçi”nin Aqili heyətdə saxlamağa məcbur olması ilə nəticələndi. Və dünən qolkiper yenidən Rusiyaya, komandanın düşərgəsinə yollanıb.