Milli komanda
Emin Kürdovla Xətai Bağırov karantinə alındı
Futzal üzrə Azərbaycan milli komandasının 4 üzvü dünən Niderlandda karantinə alınmışdı.
Futbolinfo.az xəbər verir ki, onlardan PCR test götürülmüşdü. Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onların hər ikisi bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq.
Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.