Bizi izləyin

Ölkə futbolu

Emosiyaların qələbəsi

blank
blank

İlk oyundan sonra hamıda müəyyən narahatlıq var idi. “Qarabağ” hər nə qədər güclü olsa da, Polşadakı məğlubiyyət, futbolçuların fiziki hazırlığının yetərli olmaması proqnozda ehtiyatlı olmağa sövq edirdi. “Lex”in avrokubok ənənələri, Azərbaycan klublarına heç vaxt uduzmaması da beyin qurdalayırdı.

Doğrusu, şübhələrimə matçdan bir gün öncə son qoyuldu. İki azarkeşin təsadüfən şahidi olduğum söhbəti zamanı komandaya olan hədsiz inamı gördüm və bu sevginin mütləq köməyə çatacağını, 12-ci oyunçunun “Qarabağ”ı ayaqda tutacağına əmin oldum.

Matçdan bir gün öncə Respublika stadionunda rəqib komandanın baş məşqçisinin mətbuat konfransına kassaların önündən keçərək gedirdim. Bilet almağa tərəddüd edən orta yaşlı azarkeşi daha gənc biri inandırmağa çalışırdı: “Şerif”ə, “Höteborq”a da səfərdə 0:1 uduzmuşduq. İndiki “Qarabağ” da güclüdü, darmadağın edəcəyik”.

Bu qədər güvənilən komandanın qələbədən başqa yolu yox idi. Belə inamı hiss edən “Qarabağ” mütləq qalib gəlməli, ən azı bacarığını maksimum sərgiləməliydi.

Hələ dəqiqə yarılanmamış buraxılan qol növbəti mərhələyə ümidləri azaltdı, əvəzində “Qarabağ”a ikiqat motivasiya verdi. Bəlkə də oyununun uzun müddət heç-heçə davam etməsi komandanı arxayınlaşdıracaq, ehtiyatlı oynamağa vadar edəcəkdi. Amma erkən qol arı pətəyinə soxulan çomaq kimi idi. Ağdam təmsilçisinin üzvləri zərbəyə əla reaksiya verdilər və “Lex”i leşə çevirmək üçün “əməliyyat” başladı.

“Qarabağ” cavab qolunu vaxtında vurdu, fasiləyədək ümumi hesabın bərabərləşməsi isə lap göydəndüşmə oldu. Belədə azarkeşləri ilə bütünləşən “Qarabağ” ikinci hissədə şou göstərməyə başladı. Ardıcıl 3 qol “Sürix”in Bakıya gətirilməsini təmin etdi.

Matçdan öncə “Qarabağ”ın xeyli problemi var idi. Fiziki hazırlığın vaxt yetərsizliyi səbəbindənyerində olmaması bir yana, yarımmüdafiədəki itkilər də qeyd olunmalıdı. Patrik Andradenin gedişindən sonra zatən zəifləyən dayaq bölgəsi Qara Qarayevin zədələnməsi ilə “problemli bölgə”yə çevrilmişdi. Amma Qurban Qurbanov layiqli əvəzedicilər tapdı, komandadadaxili yardımlaşmanı o qədər yaxşı təmin etdi ki, problemlər ümumiyyətlə, hiss olunmadı. “Lex”in top saxlamaq, pressinq tətbiq etmək arzusu elə ilk dəqiqədə vurduqları qola kifayət etdi.

Dünənki matç daha çox emosiyalar oyunu idi. Psixoloji hazırlıq, taktiki gedişlər, fiziki gücün tətbiqi – hamısı vacib idi və yerindəydi, amma dünən qələbəni onu daha çox istəyən, meydanda can qoyan, azarkeşlə bütünləşən qazandı. Kevin Medinanın qolla nəticələnən kobud səhvdən sonra hücuma atılıb iki məhsuldar ötürmə etməsi məşqçi göstərişi deyildi. O, meydanda can yandırdı, xətasını düzəltmək üçün ikiqat əzmlə çalışdı və faydasını gördü. İlk matçdan sonra tənqid olunan Kadi Borges, İbrahima Vadji və başqaları da meydanda qarışqa kimi işlədi, ümumi qələbəyə töhfəsini verdi.

“Qarabağ” futbolçularının ustalığı, Qurbanovun məşqçi bacarığı bir yana, bu qələbə sonsuz inam sayəsində reallaşdı. Futbolçular qələbəyə inandı, məşqçi onları düzgün yönəltdi, azarkeşlər isə güvəndikləri komandayla bütünləşdilər. Belədə növbəti mərhələyə vəsiqə qazanmaq üçün sadəcə, zamanı düzgün dəyələndirmək lazım idi.

Növbəti rəqib “Sürix”di. Polşanın ardınca bu yarışda İsveçrə də çempionunu itirə bilər. Amma 5:1-in gətirdiyi eyforiyadan tez ayılmaq lazımdı. Hər növbəti rəqib daha çətin olur, hər matçın öz fərqlilikləri var. İndi rəqibi doğru analiz edib qruplara doğru daha bir inamlı addım atmaq lazımdı. Sağlığında əfsanələşən, aldığı haqsız zərbələri uğurları ilə dəf edən, haqsızlıqlara qələbələrlə mərdanə cavab verən Qurbanov yola davam etmək üçün hər şey edəcək. İnanmaq, güvənmək, dəstək vermək lazımdı.

“Qarabağ”ın mübarizəsi təkcə bir klubun döyüşü deyil. Ağdamlılar ümumi Azərbaycan futbolunun simasını parlaq saxlamağa davam edir, digər klublarımıza nümunə olur, hamını doğru iş sayəsində uğurun mümkünlüyünə inandırır. Təbii ki, büdrəmələr, məğlubiyyətlər də olacaq. Zəif Azərbaycan çempionatının təmsilçisi Avropa nəhəngləriylə mübarizədə qarşısıalınmaz deyil, Qurbanov və yetirmələri ölkə standarlarınının üstündə bir futbol oynasa da, bəzi həqiqətləri qəbul etməliyik.

Azərbaycanda ümumi futbolun səviyyəsi qalxmalıdı. “Qarabağ” illərdi nümunə göstərir, hər dəfə təkrar-təkrar nələrisə sübut edir. Ayılmaq, bu modeli bütün ölkə futbolu üçün tətbiq etmək zamanıdı. Yığmayla klub futbolu arasında bu qədər uçurum olmamalıdı, gec-tez “pis” “yaxşı”nın ayağından çəəcək, hələ imkan varkən “pis”i də “yaxşı”ya yaxınlaşdırmaq lazımdı. Hər iki qanad sağlam olanda göylərdə uçmaq daha rahat olur.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm