Ölkə kuboku
Ən məhsuldar cüt
Azərbaycan Kubokunun 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, “Sabah” – “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub.
Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub.
İndiyədək 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb.
1994/95 mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar – 3:0 və 6:4. 2016/17 mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2.
Ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/04 mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”