Dünya futbolu
Eriksen bu mövsüm oynaya biləcək
Kristian Eriksen üçün mövsüm bitməyib. Danimarka millisinin kapitanı qarşıdakı aylarda yaşıl meydanlara qayıda biləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq deyib: “Oyunçumuzun durumu ilə mütəmadi maraqlanırıq. Vəziyyəti yaxşıdır, reabilitasiya prosesini uğurla keçir. Tam bərpa olunması üçün bir qədər zamana ehtiyacı var”.
İki aydır meydandan kənar qalan yarımmüdafiəçi millinin oyunlarına görə yaranacaq fasilədən sonra məşqlərə başlaya bilər: “Hər şey plana uyğun gedir. Tələsmək istəmirik. Milli komandaların oyunları bitdikdən sonra Kristian yavaş-yavaş sıralarımıza dönəcək”.