Milli komanda
“Estoniya dişimizə görə rəqibdir”
“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev milli komandanın qarşıdakı oyunlarda yaxşı nəticə qazanacağına ümid edir. O, bu barədə futbolinfo.az saytına açıqlamasında bildirib.
Millinin sabiq futbolçusu Estoniyada uğurla nəticə göstərməyin mümkün olduğunu düşünür: “Səfər oyunu olmasına baxmayaraq, Estoniya ilə matçda yaxşı nəticə göstərmək olar. Komandamızın buna gücü çatar, çünki Estoniya dişimizə görə rəqibdir. Hamımız istəyirik ki, milli komandamız müsbət nəticəyə imza atsın. Futbolçularımızın hazırkı durumu estonlarla səfər görüşündə yaxşı nəticə qazanmağa imkan verir”.
Abdullayev Avstriyadan xal almağ da mümkün sayır: “Hazırda legioner həyatı yaşayan oyunçularımız çoxdur. Evdə Avstriyaya qarşı oynamaq da mümkündür. Adətən evdə yığmamız yaxşı çıxış edib. Belçika ilə son matçda da bunun şahidi olduq. Bu mənada Avstriya ilə qarşılaşmada da yaxşı nəticəyə ümid etmək olar”.