Ölkə futbolu
Evdən işləyən AFFA prezidenti…
AFFA-da “otaq-otaq oyunu” davam edir. Şöbə və departamentlərin yenidən yerləşdirilməsi, otaqların dəyişdirilməsi üzündən yerindən-yurdundan olanlar var. Xüsusilə mətbuat xidməti çətin durumdadı. Otaq sayı azalan həmkarlarımız indi kiçik bir hücrəyə toplaşıb.
Yerdəyişmələr başadüşüləndi. Görünür, AFFA rəsmilərinin indiyədək əyləşdikləri otaqlar futbolu inkişaf etdirməyə yetərli olmayıb, əksinə, uçurumun dibinə yuvarlanıb. Bu üzdən beyinlərini, strategiyalarını, iş üslublarını deyil, otaqları dəyişməyi lazım biliblər. Meydanlara enmək, futbolun içində olmaq əvəzinə, ofis həyatını seçib rahatlıqlarını da da yaxşılaşdırmaq, mürgüləmək istəyirlər.
İşə başlamışkən AFFA-dakı əsas kabinetlə bağlı da qərar vermək lazımdı. Rövnəq Abdullayev AFFA prezidenti seçildiyi ilk gündən indiyədək otağa sahib deyil. Bu, nonsesdi – rəhbərin başçılıq etdiyi qurumda kabineti yoxdu. Bu isə o deməkdi ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov kimi “evdən işləyir”.
AFFA prezidenti üçün nəzərdə tutulan otaqda isə hazırda icraçı vitse-prezident Elxan Məmmədov əyləşir. Həm də baş katib olan bu şəxsi Abdullayevin kreslosundan qaldırmaq faydalı olar.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”