Dünya futbolu
“Fənərbaxça” məhkəməni uduzdu: 840 min avro ödəyəcək
Sabiq futbolçusu Yassin Benziyanın Türkiyənin “Fənərbaxça” klubundan FIFA-ya etdiyi şikayət təmin olunub.
Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu 2018/19 mövsümündə “sarı-lacivərdli” formanı icarə əsasında geyinmiş əlcəzairli hücumçunun xeyrinə qərar çıxarıb.
26 yaşlı forvarda 45 gün ərzində maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidi. İstanbul təmsilçisinin qərardan apellyasiya verəcəyi bildirilir.
Qeyd edək ki, hazırda Fransa “Dijon”unun formasını geyinən Yassin Benziya “Fənərbaxça”da “Lill”in oyunçusu kimi çıxış edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”