Dünya futbolu
Ferdinand: “Kazemiro hər şeyi bir arada tutan yapışdırıcı kimidir”
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand keçmiş komandasının indiki durumudan danışıb. O, Karlos Kazemironun transferinin nəticələrin yaxşılaşmasında ən vacib addım olduğunu bildirib.
Futbolinfo.az xəbər verir ki, Ferdinand braziliyalının MY-nin oyununda pazlın vacib hissə olduğunu deyib: “O, hər şeyi bir arada tutan yapışdırıcı kimidir, sanki hər şey onun nəzarətindədir. Mövsümün əvvəində “Mançester Yunayted” pis oynayırdı, hətta dönüş edilməsəydi, liqadan düşə bilərdi. Yaxşı ki, keyfiyyətli oyunçulardan döyüşkən komanda yaratmaq mümkün oldu. Braziliyalı isə baş roldadır”.
Rio azarkeşlərin xoşbəxt olduğunu düşünür: “Onlar indi təkcə yaxşı oyunçuların göstərdiyi gözəl futbolu izləməklə kifayətlənmir. “Mançester Yunayted” hazırda həm də komanda ruhu ilə seçilir. Ardıcıl qələbələr məhz bunun nəticəsidir”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub