Dünya futbolu
Ferqyuson “Mançester Yunayted”ə qayıtdı
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson yenidən klub sistemindəki işinə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Ferqyuson klubun baş direktoru Riçard Arnoldun müşaviri olacaq. Ferqyusona qərarların verilməsində “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson, sabiq idman direktoru Con Murtou və keçmiş icraçı direktor Devid Gill kömək edəcəklər.
Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, Britaniya futbol tarixində ən çox mükafat alan məşqçidir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?