Dünya futbolu
Fevralın ən yaxşıları “Mançester Yunayted”dən seçildi
İngiltərə Premyer Liqasının fevral ayı üçün ən yaxşıları bəlli oldu. Hər iki qalib “Mançester Yunayted”dəndir. Erik ten Haq məşqçilər, Markus Reşford futbolçular arasında ən yaxşı sayıldı.
Futbolinfo.az xəbər verir ki, Reşfordun fərqləndirilməsinin səbəbi məhsuldar oyunudur. 4 oyuna 5 qol vuran hücumçu bir mövsümdə üç dəfə “ən yaxşı” seçilən 2-ci futbolçudur. Daha öncə bunu Məhəmməd Salah (2017/2018) bacarmışdı.
Ten Haqa gəlincə, “Mançester Yunayted”in ay boyunca uğurlu çıxışı məşqçinin fərqlənməsinə səbəb olub. “Qırmızı şeytanlar” ötən ay 4 məğlubiyyətsiz març keçirmişdi. Niderlandlı mütəxəssis bu mövsüm daha bir dəfə həmkarlarını qabaqlamağı bacarıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…