Digər idman növləri
FİA rəsmən Azərbaycan qran-prisinin formatını dəyişdirdi
Formula 1-in Komissiyasının bugünkü iclasında yeni format rəsmən təsdiqlənib. Buna əsasən Bakı mərhələsindən başlayaraq şənbə günü səhər sərbəst yürüşlər əvəzinə sprintin təsnifatı keçiriləcək. Onun nəticələrinə uyğun olaraq sprintdə start düzümü müəyyənləşəcək. Bu format bütün sprint yarışlarının daxil olduğu mərhələlərə aiddir.
Şənbə günü təşkil ediləcək təsnifat mərhələsinin ilk sessiyası 12, 2-cisi 10, 3-cüsü isə 8 dəqiqə olacaq. Final sessiyasında iştirak edən pilotlar cəmi bir dövrə vura biləcəklər. İlk 2 sessiyada sürücülər “medium”, 3-cüdə isə “soft” təkərlərdən istifadə etmək məcburiyyətindədirlər.
Formula 1 rəhbərliyinin fikrincə, belə format mərhələnin dramatikliyini və baxımlılığını artırmalıdır. Yeni varianta görə sprint yarışı xal qazanmaq baxımından vacib olacaq. Belə ki, əvvəllər pilotlar sprintdə risk etmək istəmirdilər. İndi isə sprintin yarışa heç bir aidiyyatı olmayacaq.
Əlavə edək ki, qısa yarış zamanı qaydaları pozanların cəriməsi əsas yarışa aid ediləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?