Bizi izləyin

Müsahibə

Fıçıcı AFFA-da oturanların görüntü xatirinə işlədiyini düşünür: “Onların yürütdüyü siyasət kökündən yanlışdı”

blank

“Qəbələ” Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı müsahibə verib. 2008-ci ilin dekabrından “qırmızı-qaralar”ın akademiyasında çalışan, ötən həftə isə işinə son verən mütəxəssis “Futbol+” qəzetinə maraqlı məqamlardan danışıb.

 

– 12 il çalışdığınız “Qəbələ”dən ayrılmaq sizin üçün çətin olmadı?

– Təbii ki, çətin oldu. Orda çalışdığım dönəmdə bir çox dəyərli insanlarla tanış oldum, qardaş ölkənin mədəniyyətini yaxından tanıdım. Çox maraqlı və gərgin iş qrafiki ilə çalışdıq. Ancaq hər başlanğıcın bir sonu var. Bu hekayə nə vaxtsa başa çatmalıydı.

 

– Son 10 ildə “Qəbələ” Futbol Akademiyasının ölkədə “1 nömrə” olmasında sizin də müstəsna xidmətiniz olub. Ancaq bu ildən akademiyanın fəaliyyətində eniş müşahidə olunur.

– Bəli, son iki ildə “Qəbələ”də yaşananlar hamıya məlumdu. Biz ora gələndə infrastruktur baxımından vəziyyət heç də ürəkaçan deyildi. Məşq etmək üçün bir dənə də normal meydan yox idi. Klub rəhbərliyi qısa vaxtda inanılmazı gerçəkləşdirdi, çoxlarını heyrətləndirən baza qurdu. Bu işdə əməyi keçən hər kəsə – Tale Heydərova, Fariz Nəcəfova təşəkkür etmək lazımdı. Klub rəhbərliyində çalışan hər kəsin bu uğurlu layihədə payı var. Lakin təəssüf ki, son vaxtlar məlum səbəblərdən akademiyanın işində axsama hiss olundu. Bu məsələdə AFFA da sözünü deməliydi. Ölkə futboluna rəhbərlik edən qurum “Qəbələ” kimi akademiyalara mütləq şəkildə yardım etməlidi. AFFA təkcə Qəbələdə yox, futbola sevgi olan, istedadlı oyunçuların çıxdığı bölgələrdə akademiyalar, futbol məktəbləri yaratmalıdı. Məsələn, bizim akademiyada Ağstafadan xeyli uşaq var idi. Halbuki o rayonda uşağın normal şərtlər altında məşq etməsi üçün minimum şərait belə yoxdu. Və yaxud Mingəçeviri deyim. İldən-ilə stadionu yararsız vəziyyətə düşən bu şəhərdə də çoxlu perspektivli uşaq var. Onlara, sadəcə, diqqət ayırmaq, futbol oynamaları, məşq etmələri üçün şərait yaratmaq lazımdı. O qədər görmüşəm ki, uşaq məşqə gəlib, ancaq əynində idman geyimi, ayağında ayaqqabı yoxdu. “Qəbələ” akademiyası olaraq, biz həmişə belə məsələlərə həssas yanaşmışıq. Uşaqlara buts, forma vermişik, məşqçilərə qalın gödəkçələr paylamışıq. AFFA bu nüanslara diqqət ayırmalıdı. Daha görüntü xatirinə iş görməməlidi. “Qəbələ” akademiyasında enişin yaşanmasına gəlincə, bu ildən kənardan dəvət olunan uşaqlara azad agent statusu verildi və onlar başqa klublara üz tutdular. Akademiyada ancaq qəbələlilər çıxış edəcəklər. Təbii ki, belə olan halda akademiyanın səviyyəsi aşağı düşəcək. Ancaq ümid edirəm ki, bir neçə ildən sonra onların da arasında yığmalara dəvət alacaq oyunçular olacaq.

 

– Ancaq gəlin etiraf edək ki, Qəbələ futbol bölgəsi deyil və bugünə kimi ordan adından söz etdirən futbolçu çıxmayıb. Sizcə, ancaq yerlilərlə akademiya bu illər ərzində topladığı nüfuzu qoruyub saxlaya biləcək?

– Çətin olacaq. Ancaq həyatda mümkünsüz heç nə yoxdu. Biz ötən ildən akademiyada yaş həddini 7-yə salmışdıq. Bilirsiz, bu nə deməkdi? Yəni təməli daha az yaşdan qoymağa başlamışdıq. Və belədə yerli uşaqlar da məşqlərə daha kiçik yaşlardan başlayırlar ki, bu da onların inkişafına müsbət yöndə təsir göstərəcək. Akademiyanın məşqçilərinə də çox güvənirəm. Elə bilirsiz ki, biz işə başlayanda hər şey asan idi? Yox, biz də çox əziyyətə qatlaşdıq, çətinlikləri geridə qoyaraq bu yerlərə gəlib çıxdıq. Bu gün ölkənin əsas komandasında Bəhlul Mustafazdə, Amin Seydiyev, Elvin Camalov kimi yetirmələrimizin oynadığını görəndə çox sevinirəm. Onların hər üçü bizim əlimizdən keçib. 11 yetirməmiz gənclərdən ibarət yığmaya dəvət alır. Aşağı yaş qrupu üzrə yığmalarda isə daha çox futbolçumuz top qovur. Bunlar hamısı gördüyümüz işlərin nəticəsidi. İnanıram ki, gələcəkdə də akademiyanın yetirmələri bu uğurlu ənənəni davam etdirəcəklər.

 

– Sizin dönəminizdə akademiyada yerli mütəxəssislərlə yanaşı, kənardan dəvət olunan məşqçilər də çalışırdı. Bu gün isə artıq bütün yaş qrupu üzrə komandalarda baş məşqçi postunu qəbələli məşqçilər tutur. Sizcə, bu nəticələrə təsir göstərəcək?

– Məndə olan məlumata görə, kənardan dəvət olunan iki məşqçi əvvəlki illərdə olduğu kimi, yenə akademiyada çalışacaq. Yerli mütəxəssislərə də inanmaq lazımdı. İndi kiminsə adını çəkməyim düzgün olmaz. Ancaq qəbələli məşqçilər arasında da gələcəyinə inandıqlarım var. Onlar ilk gündən bizim yanımızda olub və geridə qalan illərdə çox şey öyrənib, təcrübə toplayıblar. Onlara inanmaq və güvənmək lazımdı.

 

– Akademiyada çalışdığınız illər ərzində AFFA-nın yürütdüyü siyasəti heç bəyənmədiz, daim Bernard Lippertə narazılığınızı bildirdiz. Almanla, el dili ilə desək, niyə yola getmirdiz?

– Yenə deyirəm, AFFA-da oturanlar daha çox görüntü xatirinə işləyirlər. Əslində, onların uşaq futbolu ilə bağlı yürütdüyü siyasət kökündən yanlışdı. Məsələn, hansısa yaş qrupu üzrə yığmanın baş məşqçisi uşaqlarımızı milliyə dəvət edib, bir ay təlim-məşq toplanışında saxlayır və həmin müddətdə daha çox fiziki hazırlığa üstünlük verir. Halbuki həmin uşaqlar bizdə artıq həmin “yükləməni götürüb” və ikinci dəfə eyni şeyi görəndə futboldan uzaqlaşmaq istəyir. Belə olmaz. Mən orda çalışdığım illər ərzində hələ bir dəfə görmədim ki, hansısa yaş qrupu üzrə millinin baş məşqçisi bizimlə müntəzəm əlaqə saxlasın, yığmaya namizəd oyunçular barədə məlumat toplasın. Özləri oyunları izləyib, özləri seçim edirdilər. Halbuki “Qalatasaray”da çalıdığım dönəmdə Türkiyənin müxtəlif yaş qrupu üzrə millilərini çalışdıran mütəxəssislər hər həftə klublarda çalışan məşqçilərlə əlaqə saxlayır, yığma üzvlərinin intizamından tutmuş həftə ərzində məşqlərdə necə çalışdığını belə öyrənirdilər. Yeni oyunçular haqda məlumat toplayır, klub məşqçilərinin fikirlərinə önəm verirdilər. Azərbaycanda yalnız son aylarda bu yöndə bir qədər dəyişiklik hiss olunmağa başlamışdı. Bizim əsas məqsədimiz azərbaycanlı gəncləri ölkə xaricinə çıxarmaq idi ki, bu yöndə də müəyyən işlər görülürdü. Azərbaycan futbolu ancaq o halda inkişaf edəcək ki, heç olmasa, 5 futbolçu Avropada çıxış etsin. Əks halda inkişaf olmyacaq və yaxud olsa da, addım-addım olacaq.

 

– Hazırda nə işlə məşğulsuz, yeni iş təklifi almısız?

– 25 ildi fasiləsiz məşqçi kimi çalışıram. Bu heç də az zaman deyil. Bir müddət istirahət etməyi düşünürəm, ailəmlə birgə olmaq istəyirəm. Sonrasına baxarıq. Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə “Qəbələ”də bir yerdə çalışdığım insanlara, dostlarıma qucaq qolusu salam göndərirəm. 12 il az müddət deyil. Həyatımın “Qəbələ” bölümü mənim üçün həmişə əziz, klubun ürəyimdə xüsusi yeri olacaq. “Qəbələ” yaşamalı, Azərbaycan futbolunda daim olmalıdı.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm