Dünya futbolu
FİFA “Atletiko”nun şikayətini təmin etdi
İspaniyanın “Atletiko” klubunun futbolçusu Kiran Trippyerin cəzası dondurulub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Xəbərdə, İngiltərə Futbol Assosiasiyasının (FA) 10 oyunluq diskvalifikasiya etdiyi müdafiəçinin cəriməsinin FİFA tərəfindən dondurulduğu bildirilib.
FA Trippyeri “Tottenhem” klubundan Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün 10 oyunluq diskvalifikasiya etmişdi. “Atletiko” bir müddət əvvəl bu cəzanın futbolçunun İngiltərə yığmasındakı və ya Premyer Liqadakı matçlarına şamil edilməsi üçün FİFA-ya müraciət etmişdi.
Trippyer “Atletiko”ya 2019-cu ilin yayında transfer olunub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”