Dünya futbolu
FİFA-dan Türkiyə və Suriya üçün milyon dollarlıq yardım
FİFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
FİFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına və paylanmasına başlayacaq.
Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini açıqlayıb.