Dünya futbolu
FİFA Olimpiada üçün yaş məhdudiyyətini dəyişdi
FİFA Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edən futbolçular üçün yaş məhdudiyyətini dəyişdirib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qurum, yaş limitini 23-dən 24-ə yüksəldib. Bu dəyişikliyə səbəb turnirin koronavirus pandemiyası səbəbiylə 2020-ci ildən 2021-ci ilə keçirilməsidir.
Bundan başqa, komandalar heyətə qoyulan yaş həddindən böyük 3 futbolçu da daxil edə bilərlər.
Turnirdə ümumilikdə 16 komanda iştirak edəcək. Bu komandalardan 14-ü məlumdur: Yeni Zelandiya, Argentina, Braziliya, Misir, Fil Dişi Sahili, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İspaniya, Fransa, Almaniya, Rumıniya, Cənubi Koreya, Yaponiya, Avstraliya.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…