Dünya futbolu
FİFA prezidenti: “Etdiklərimizə görə üzr istəməliyik”
FİFA prezidenti Canni İnfantino noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatından əvvəl mətbuat konfransında çıxış edib.
Futbolinfo.az xəbər verir ki, İnfantino Qətərin mundiala hazır olduğunu bildirib:
“Mən avropalıyam. Əxlaq dərsi vermək lazım deyil. Dünyada üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik. Qətərdəki dünya çempionatını müdafiə etməli deyiləm. Mən futbolu müdafiə edirəm”.
Dünya çempionatı noyabrın 20-də start götürəcək. Turnirin Qətərdə təşkili, insan haqlarının pozulması, əməkçi miqrantların aşağı maaş alması ciddi tənqidlərə məruz qalıb. İnfantino isə bu iddialarla razılaşmadığını bəyan edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı