Dünya futbolu
“Fiorentina”da yeni qapıçı
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Florensiya klubu A Seriyasının digər təmsilçisi “Atalanta”dan Pyerluici Qollinini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qapıçı satınalma şərti ilə icarəyə götürülüb.
Pyerluici Qollini 2017-ci ildən “Atalanta”da çıxış edirdi. İtaliyalı qapıçı bu komandanın heyətində 112 oyuna çıxıb. “Atalanta” geridə qalan mövsümdə qolkiperini İngiltərənin “Tottenhem” klubuna da icarəyə vermişdi. İtaliya millisində də 1 oyun keçirmiş qapıçı, əvvəllər “Verona” və “Aston Villa”nın formasını geyinib.
“Fiorentina” hücumçusu Samuele Spallutonu da “Ternana”ya icarəyə verib. Klubun yaydığı məlumata görə, 21 yaşlı futbolçu B Seriyası təmsilçisi tərəfindən satınalma şərti ilə icarəyə götürülüb.
Florensiya klubu yarımmüdafiəçisi Kristobol Montiel ilə də yollarını ayırıb. İspaniyadan olan 22 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2018-ci ildə “Malyorka”dan transfer olunmuş yarımmüdafiəçi, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün “Vitoriya de Setubal”, “Syena” və “Atletiko Baleares” komandalarına icarəyə verilmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?