Digər idman növləri
Formula 1: Azərbaycan qran-prisi canlı yayımlanacaq!
Formula 1 üzrə Azərbaycan qran-prisi ölkə ərazisində canlı yayımlanacaq.
Futbolinfo.az xəbər verir ki, Bakıdakı yarış “İdman TV”də ekranlara gətiriləcək.
Belə ki, sözügedən kanal Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnu gec də olsa, əldə edə bilib. Baxmayaraq ki, cari mövsümün geridə qalan 7 qran-prisi ölkəmizdə yayımlanmayıb.
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 1.0 (bir) milyon manat ayırmışdı. Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnun da məhz bunun sayəsində alındığı ehtimal olunur.
Cari mövsümün Azərbaycan qran-prisi 10-12 iyunda gerçəkləşəcək. Mövsümün qalan qran-priləri də “İdman TV” vasitəsilə göstəriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?