AÇ-2024
Fransızlar Budapeşti Buxarestlə səhv saldılar, millinin oyununu qaçırdılar
İyunun 19-da Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Macarıstan yığmasına qarşı oyunu izləmək istəyən Fransa azarkeşləri Macarıstan paytaxtı Budapeşt əvəzinə Rumıniyanın paytaxtı Buxarestə yollanıblar. Futbolinfo.az xəbər verir ki, son dünya çempionunun 6 nəfər tərəfdarı şəhərlərin adını səhv salıblar və təyyarə biletini yanlış alıblar.
Nəticədə onlar Budapeştdən 800 km aralıda yerləşən Buxarestə yollanıblar. Fanatlar oyunu izləyə bilməyiblər. Rumıniya paytaxtında olan Ukrayna və Avstriya millilərinin azarkeşlərini isə macar fanatlar olduğunu düşünüblər.
Həmin azarkeşlərdən biri mətbuata açıqlamasında bunları deyib: “Hava limanından azarkeşləri izlədik və düşündük ki, macarlardır. Sonra bildik ki, biz səhv şəhərə gəlmişik. Avropanı yaxşı tanımaq lazımdır”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq