Dünya futbolu
“Frosinone” yenidən A Seriyasında
İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib. “Frosinone” B Seriyasında sona 3 tur qalmış mövsümü ilk iki pillədə başa vurmağı rəsmiləşdirib.
XXXV turda “Recina”nı 3:1 hesabı ilə məğlub edən Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari” üçün əlçatmaz olub. Çünki aktivində 71 xal olan “Frosinone” “Bari”ni 10 xal qabaqlayır. A Seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb.
Çempionatda 3-8-ci yerləri tutacaq komandalar A Seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçları keçirəcəklər.
“Frosinone” tarixində üçüncü dəfə elitada çıxış edəcək. Komanda daha əvvəl 2015/2016 və 2018/2019 mövsümlərində bunu bacarsa da, hər iki halda 19-cu yeri tutaraq, elitanı tərk edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”