Dünya futbolu
“Fulhem”in yeni baş məşqçisi bəlli oldu
İngiltərənin “Fulhem” komandasının yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Marko Silvaya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Silva ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Silvanın son klubu “Everton” olub. 43 yaşlı mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.
Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Fulhem” çempionatı 18-ci sırada bitirib və elitayla vidalaşıb. “Fulhem” yeni mövsümdə Çempionşipdə çıxış edəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Layihə2024-05-07 11:30
İdman telejurnalistikası: müasir tələblər və problemlər