Bizi izləyin

Ölkə futbolu

“Futbol ictimaiyyətinin Ümumrespublika Forumunun keçirilməsi, Təşkilat qrupunun yaradılması ölkə qanunlarına zidd deyil”

blank

Hər sahədə kütləvi uğursuzluq yaşanırsa, ciddi nəticələr qazanılmırsa, deməli, işlər düzgün qurulmayıb. Maliyyə dəstəyi yüksək olubsa, bu, ümumiyyətlə faciədir.

 

Son günlər, həftələr futbol yenidən gündəmdədir. Hamı münasibət bildirir, səbəblər araşdırılır. Bunlar yaxşı haldır – əgər xaotik, emosional, gündəmə uyğun dəb halını daşımasa…

 

Hazırda Azərbaycan futbolunda söz sahibi olmağı haqq edən tək qüvvə futbola, futboldakı duruma biganə qalmayan əsl fanat-azarkeş ordusudur. Heç bir təşkilatlanma olmadan ürəklərinin haqlı hayqırtısını cəmiyyətə çatdırırlar.

 

Azərbaycan futbolunda çox az sayda futbol adamı, jurnalist var ki, olmazın məhrumiyyətlərə, süni yaradılmış əngəllərə baxmayaraq, maddi-mənəvi əziyyətlərlə qarşılaşaraq gündəm olmayanda da davamlı fikir bildirirlər, təhlillər edirlər, problemləri futbol ictimaiyyətinə çatdırırlar…

 

Gündəmi ələ alan fikirlər cəmiyyət arasında xaos, qarşıdurma yaratmamalı, analitik beyinlərə, dərin analizlərə üstünlük verilməlidir. İslahatlar ilk öncə qanunlara, qanunların qəbul olunmasına söykənməlidir.

 

Sirr deyil, Azərbaycan futbolunda nəinki ölkə, futbol qanunlarını bilən çox az sayda insan var. Futbolu bu vəziyyətə gətirən cavabdehlər, bundan öz xeyirləri üçün məharətlə istifadə edirlər. Qətiyyəti, vətənpərvərliyi, futbol biliyi olanlar, onların gözündə düşmənə çevrilirlər.

 

Son 15 ildə məqsədli olaraq 2-3 dəfə dəyişdirilən AFFA Nizamnaməsi ictimaiyyət arasında geniş müzakirə edilməlidir. Futbol aləmi bir-birilərini “qırdıqları” vaxt federasiya ideoloqları qanunları özlərinə sərf etdiyi kimi dəyişiblər. Futbol inkişaf etməsə də, futbolda yaradılan anarxiya başbilənlərin məqsədlərinə uyğundur.

 

Nizamnamə dəyişiklikləri ilə bağlı təhlillərimizi apararıq, çox geniş mövzudur. Milli federasiyalar beynəlxalq qurumlara tabedir, yoxsa FİFA, UEFA-nın tamhüquqlu üzvüdür. Prezident seçkilərində biz kimlərdənsə asılıyıq, yoxsa bizim səsimiz onlara lazımdır. FİFA, UEFA hansı ölkənin qanunları ilə çalışır, AFFA futbol öhdəlikləri ilə yanaşı Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir/tənzimlənməlidir…

 

Yayındırıcı manevrlərlə və ya bilmədən hər yerdə “günahkarlar” axtarılır. Səlahiyyəti olan da, olmayan da, AFFA-da çalışan da, bir gün belə çalışmayan da, dağılan/dağıdılan klublar da, 300-500 manata möhtac qalan uşaq məşqçiləri də… Milyonlar qazanan təsadüflər, gətirdikləri foqstlar, lippertlər, de byazilərin nə günahı var?

 

AFFA Nizamnaməsi, Maddə 43. Təmsilçilik və imza.

  1. AFFA-nın prezidenti, icraçı vitse-prezidenti və baş katibi ayrı-ayrılıqda AFFA-nın adından vəkalətnaməsiz fəaliyyət göstərməklə dövlət hakimiyyət orqanları, yerli və xarici hüquqi şəxslər, idarə və təşkilatlar, eyni zamanda beynəlxalq təşkilatlarla və bununla məhdudlaşmayan istənilən üçüncü şəxslə münasibətdə AFFA-nı təmsil etmək və sənədlər imzalamaq hüququna malikdirlər.

 

AFFA İcraiyyə Komitəsinin FİFA, UEFA qanunlarını pozaraq klubların işinə müdaxiləsi, qeyri-qanuni qərarı ilə prezident postu ləğv edilərək bir əldə cəmləşməsin deyə, Müşahidə Şuraları yaradıldı. Təbii ki, “şəffaflıq” adı altında klubların dağılmasına, dağıdılmasına, ələ alınmasına yönələn məkrli plan idi. Bu qərardan, 2013-cü ildən sonra klublar yarpaq tökümü kimi torpağa qarışdı…

 

AFFA-da isə icraçı vitse-prezident/baş katib “şəffaflığın təmin olunması üçün” bir əldə cəmləşib, tək Azərbaycanda yox, dünyanın istənilən nöqtəsində, Asiyadan Cənubi Amerikaya, Afrikadan Avropaya, Avstraliyadan Şimali Amerikaya kimi heç bir vəkalətnaməsiz, qeyri şərtsiz ölkə futbolunun taleyini həll etmək səlahiyyəti var. Elxan Məmmədovun ikili vəzifəsi, AFFA prezidentindən də yüksəkdir və Nizamnamədə öz əksini tapıb. İki vəzifə ilə hər iki əldə qələm tutub Azərbaycan futbolunun taleyini həll edib iki sənədə eyni anda qol çəkər. Azərbaycan futbolunun eyni əldə cəmləşməsi “şəffaflığı”!

 

Kim(lər)dir günahkar? Ürəyi yanan, dözməyən azarkeşlər, heç bir səlahəti olmayan, sözünü deyən, “düşmən” görünən az sayda futbol adamları, jurnalistlər? Yaxşı metod “tapılıb”, eyni insan(lar)ın adının çəkilməsi “təhdid” imiş. Bu, təhdid deyil, dövlət orqanlarında rəsmi qeydiyyatdan keçmiş və təsdiq edilmiş AFFA Nizamnaməsində öz əksini tapan qanundur!

 

Futbol aləmində üzdənyanaşma fikirlər zərərlidir və futbol ictimaiyyətini parçalayır. Onsuz da birlik istənilən səviyyədə deyil, fərqli, qanunlara söykənməyən yanaşmalar cəmiyyəti parçalayır. Tində-bucaqda gözləyənlər yetərincədi, futbolu dağıdanlarla sövdələşməyə gedən fürsətçilər də boş oturmayıblar…

 

Azarkeşlər səmimi iradlarını bildirəcək, 3-5 insan həmişə olduğu kimi sözünü deyəcək, söz sahibi olub susanlar sabah “işbirliyi” qurub futbolu “dirçəldəcəklər”, növbəti hiylənin yeminə çevriləcəklər. 5-10 il də belə gedəcək, dəyən yenə futbola dəyəcək…

 

Bəllidi, AFFA ictimai qurum, seçkili orqandır. Reallıqları hər kəs bilir, bu gün federasiyada rəhbər vəzifələrdə təmsil olunanların 90%-i dövlət orqanlarında mühüm postlar tutan insanlardır. Ona görə psixoloji, kütləvi olaraq ölkə Prezidentinə müraciətlər olunur. İndiki mövcud durumda, müdaxiləsi yox, bir kəsərli kəlməsi kifayətdir…

 

AFFA Nizamnaməsində növbədənkənar konfransın çağırılması, seçkilərin keçirilməsi ilə bağlı maddələr var. İndiki halda “yuxarının” sözü olmadan bunların heç biri baş verməyəcək. Beynəlxalq futbol qanunları çərçivəsində, müvafiq qurumları məlumatlandırmaq şərtilə futbol ictimaiyyətinin Ümumrespublika Forumunun keçirilməsi, Təşkilat qrupunun yaradılması ola bilər və futbol, ölkə qanunlarına zidd deyil. Bunun üçün ilk olaraq futbol ictimaiyyəti arasında təşəbbüs qrupu yaradılmalıdır və hər bir addım emosiyalara, pafoslara yox, ölkə və futbol qanunlarına söykənməlidir…

 

Foqts getdi, Prosineçki gəldi, Yurçeviç görmədiyi günləri gördü. De Byazi gedəcək, bir başqası gələcək, olmayan taktiki gedişlər müzakirə olunacaq, eddilər erməni dostları ilə yeyib-içəcək, “pespektivli gənc” qurbanilər, höccətlər, ozobiçlər müzakirə ediləcək, bölgə futbolu imdad edəcək, istedadlar üzə çıxmadan bələkdə boğulacaq…

 

Belə getsə, belə gəlib, belə də davam edəcək. Hər gələn öncəkilərə rəhmət oxutduracaq…

 

Emosiyalara yox, dərin təhlillərə söykənən futbol və ölkə qanunlarına üstünlük verilməlidir. Tunelin o tərəfində işığın görünməsi üçün…

 

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm