Dünya futbolu
Futbolçu “Traktor” fanatlarını daşa basdı, oyun yarımçıq dayandırıldı
Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. Qarşılaşma sabah qaldığı yerdən davam etdiriləcəyi bildirilir.
Pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı bu oyunda bir araya gəlib və komandalarını qələbəyə səsləyib. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndiriblər.
“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq