Bizi izləyin

Ölkə futbolu

Füzuli Məmmədov: “Neftçi”də böyük dəyişiklik olmayacaq”

blank

“Qərarın nəyə görə verildiyini başa düşürəm. Bunların hamısı bizim sağlamlığımız üçündür, xəstəliyin pis fəsadları ola bilər. Amma futbol prizmasından yanaşanda bizim üçün çox çətin oldu”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib.

43 yaşlı mütəxəssisin sözlərinə görə, mayın 5-də məşqlərə başlaya biləcəklərinə dair xəbər yayıldıqdan sonra onlarda mayın 23-də Premyer Liqanın başlayacağına ümid yaranıb. Lakin karantin rejiminin uzadılması həm futbolçularda, həm də məşqçilər heyətində ruh düşkünlüyünə səbəb olub. O, tezliklə məşqləri bərpa edəcəklərinə, çempionatın qaldığı yerdən davam edəcəyinə və hər şeyin idman prinsipləri əsasında müəyyənləşəcəyinə inandığını vurğulayıb.

Məmmədov paytaxt təmsilçisinin karantin rejimini pozaraq məşq etməsi iddialarına da münasibət bildirib: “Nəinki Baqali Dabo, heç bir futbolçumuz karantin rejimini pozmayıb. Çünki komandada heç kim biz məşqlərin dayandırılması ilə bağlı bəyanat verdikdən sonra bazaya ayaq basmayıb. Hər kəs öz imkanı daxilində evində məşq edib. Xüsusi karantin rejiminə keçməmişdən öncə parklarda məşq etmək olurdu. Oyunçular çalışma videolarını mənə göndərirdilər. Bəziləri parklarda, bəziləri isə evinin yanındakı hansısa sahədə məşq edirdi. İndi isə evdə hazırlıq keçirlər. Çoxunun evində qaçış üçün aparat var. Dabo özü də bildirdi ki, video çoxdan çəkilib. Bir daha demək istəyirəm ki, heç bir oyunçumuz karantin rejimini pozmayıb”.

Baş məşqçi klubla müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamaq istədiklərini, lakin karantin rejiminin uzadılmasının buna mane olduğunu deyib: “Məşqlərə başlayandan sonra futbolçularla bu barədə görüşlər keçirmək istəyirdik. Lakin bu, karantin rejimi uzadıldığı üçün baş tutmadı. Hazırda çempionatın taleyi ilə bağlı qərarsızlığa görə qalmışıq. Futbolçular da bilirlər ki, qərarı gözləyirik. Qərar çıxandan sonra bütün oyunçularla danışıqlar olacaq. Komandada saxlamaq istədiyim futbolçular da var. Heyətimizdə böyük dəyişiklik olmayacaq, müqaviləsi bitən və komandada qalmasını istədiyimiz oyunçularla danışacağıq. Ad açıqlamağım düzgün olmaz, amma ümumi onu deyə bilərəm ki, “Neftçi”də böyük dəyişiklik olmayacaq”.

Gənc mütəxəssis FIFA-nın yaz-payız təqviminə keçid barədə məsləhətinə münasibət olaraq, çox danışa bilməyəcəyini söyləyib: “Bu dəqiqə dərindən düşünmədən bir söz deyə bilməyəcəyəm. Hazırda bir istəyimiz var, o da futbolun davam etməsidir. Amma sağlamlıq da önəmlidir, istəmirik ki, insanların səhhətini təhlükə altına ataq. Sağlamlığı düşünərək, tezliklə futbola başlayacağımıza ümid edirik, amma FIFA tövsiyəsinə düşüncəsiz cavab vermək istəmirəm”.

Məmmədov legionerlərin hazırkı durumu barədə də fikirlərini bölüşüb. O, ailələrindən uzaq olanların istər-istəməz darıxdığını bildirib: “Mən də futbolçu olduğum dönəmdə legioner həyatı yaşamışam. Bilirəm ki, bu, çox çətindir. Amma əksəriyyətinin ailəsi yanındadır. Ailəsi uzaqda olanlar isə daim onlarla danışırlar. Darıxmaları normal haldır. Ümid edirik ki, karantin rejimi götürüləcək və onlar ailələrinin yanına gedə biləcəklər”.

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda, ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqaları və UEFA-ya məlumat verməlidirlər.

Azərbaycanda isə karantin müddəti mayın 31-dək uzadılıb.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm