Digər idman növləri
“Gəncə” müntəzəm çempionatı qələbə ilə başa vurdu
Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turunun açılış oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, ev sahibi “Sərhədçi” komandası region təmsilçisi “Gəncə” ilə qarşılaşıb.
Oyunun yekununda pley-off mərhələsinə vəsiqəni təmin etmiş gəncəli basketbolçular rəqib üzərində 102:85 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (27 xal, 11 ribaund), “Gəncə”dən Kollin Törner (28 xal, 9 asist) olublar.
Son turun qalan görüşləri 26 və 29 apreldə keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?