Digər idman növləri
“Gəncə” və “Azərreyl”dən ölkə çempionatında növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nın qonağı olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan matça Vüqar Əliyevin yetirmələri üstün başlasa da sonda sevinən Gəncə təmsilçisi olub. 3:1 hesabı ilə qalib gələn “Gəncə” klubu bu qələbədən sonra turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Turun növbəti oyunu isə “Murov Az Terminal”ın idman zalında keçirilib. Burada “Azərreyl” komandası UNEC-lə üz-üzə gəlib. Tələbərə hər üç setdə qalib gələn Cengiz Akarçeşmenin yetirmələri xallarının sayını 12-yə çatdırıblar.
Beləliklə, “Abşeron” və “Azərreyl” hərəyə 12 xalla turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Murov Az Terminal” 9 xalla 3-cü, “Gəncə” 6 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 1:3 (25:21, 18:25, 23:25, 12:25)
“Azərreyl” – UNEC 3:0 (25:22, 25:15, 25:16)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?