Dünya futbolu
Gürcüstanda çempionatın formatı dəyişdirildi
Koronavirus pandemiyasına görə dayandırılmış Gürcüstan çempionatının bərpa tarixi tam bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq. Yarışın bərpasından öncə iştirakçı 10 klubun bütün futbolçuları və məşqçilər korpusu koronavirus testindən keçəcək.
Federasiya yaranmış vəziyyətlə əlaqədar çempionatın formatında da dəyişiklik edib. Belə ki, yarış öncədən nəzərdə tutulduğu kimi 4 yox, 2 dövrədən ibarət olacaq. Bütün oyunlar da azarkeşsiz keçiriləcək.
Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan sonra təxirə salınmışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?