Digər idman növləri
Həmilton kubokunu tələb edir: mükafatı həmyerlimizə saxlamaq üçün veribmiş
“Mercedes” komandası çempionatda 3-cü yer uğrunda kuboku Lyuis Həmiltona qaytarmağa çalışacaq.
Xəbər verdiyimiz kimi, Həmilton Bakıda keçirilən qala-tədbirdə üçüncü yeri tutduğu üçün ona verilən kuboku götürməyərək, mükafatı Nihat Nəsirli adında bir nəfərə vermişdi. Bu məlumatı Nihat Nəsirlinin özü sosial şəbəkə hesabında yaymışdı.
Azarkeşin özü sosial şəbəkələrdə tədbirdən bir neçə foto yerləşdirərək, Həmiltonun ona üçüncü yer üçün kubokunu şəxsən təqdim etdiyini bildirmişdi. İndi isə yayılan məlumata görə, vəziyyətin fərqli inkişaf etdiyi üzə çıxıb.
Həmilton mərasimdə rəsmilərdən birinə kuboku saxlamaq üçün veribmiş. Həmin adam da mükafatı səhnə arxasındakı masada qoyub. Mərasimdən sonra həmin adam kuboku Həmiltona verməli imiş.
“Mercedes” hazırda vəziyyətin nə yerdə olduğunu anlamağa çalışır. Komandanın yaydığı rəsmi açıqlamaya görə, Həmilton kubokunu heç kimə verməyib.
“Əvvəlki bir çox mükafatlandırma mərasimlərində olduğu kimi, səhnəni tərk etdikdən dərhal sonra Lyuis kuboku komandaya göndərmək və onun çatdırılmasını təmin etməyi tədbir təşkilatçılarından tələb edib. “Biz təsdiq edə bilərik ki, Lyuis kubokunu əvvəllər deyildiyi kimi heç kimə “hədiyyə” olaraq verməmişdir”.
Qeyd edək ki, məsələdə qarışıqlıq yarandıqdan sonra Nihat Nəsirli sosial şəbəkə hedabından həmin paylaşımları silib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?