Bizi izləyin

Müsahibə

“Həyat yoldaşım tərəfdən də 5-6 nəfər virusa yoluxub” – Mirzəbəyov

blank

Futbolinfo.az sizi “Sabah”ın dağıstanlı futbolçusu Məhəmməd Mirzəbəyovun müsahibəsi ilə tanış edir:

– Karantin müddətini necə keçirirsiniz: Bütün günü evdə oturmaq bezdirici olmur?
– Hazırda Bakıdayam. Vaxtımı əsasən evdə ailəmlə keçirir, onlayn məşqlərə qoşuluram. Əlbəttə, evdə qalmaq çətindir. Amma nə etmək olar? Vəziyyət yaxşı deyil. Hamı ailəsini və özünü xəstəlikdən qorumaq üçün evdə oturmalıdır.

– Dağıstanda koronavirusla bağlı vəziyyət necədir?
– Çox ağır. Əvvəlcə özümüz də inanmırdıq. Amma dostlarım, yaxınlarım, tanışlarım təsdiqlədilər ki, virus həqiqətən də var.

– Necə oldu ki, orada virus bu qədər çox yayıldı?
– İlk növbədə, insanlar buna qeyri-ciddi yanaşdılar. Tibbi personal da hazırlıqlı deyildi. Dərman və digər tibbi ləvazimatlar çatışmırdı. Hətta Bakıdan dərman preparatları göndərildi. İnsanlar koronavirusun ciddiliyini dərk etmirdilər. Vəziyyətləri ağırlaşandan sonra həkimə müraciət etməyə başladılar. Bunu daha tez etsəydilər, həm yoluxma, həm də ölüm sayı daha az olardı.

– Yaxınlarda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi, həmyerliniz Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişdi. Hazırda dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti eyni səbəbdən ağırdır. Bu şəxslərlə tanışlığınız varmı?
– Bəli, Əliömərovun ölümündən və Həbinin atasının komada olmasından xəbərim var. Amma onlarla heç bir tanışlığım olmayıb. Heç də xoş olan vəziyyət deyil. Vaxtında müalicə olunmadıqda bu cür hallarla üzləşirsən. Xəstəliyin üstünə ilkin mərhələdə düşmək lazımdır ki, inkişaf etməsin. Belədə nəyisə dəyişmək çətin olur. Ümid edirəm ki, insanlar bundan sonra məsələyə daha ciddi yanaşar və müvafiq qaydalara əməl edərlər. Mənim anam və atam da hazırda xəstədir. Soruşuram ki, adi qriplə bu xəstəliyin arasında fərq varmı? Cavab verirlər ki, bəli, insanın bədənində ağrılar daha çox olur. Evdə adi işləri görməyə belə halın olmur.

– Valideynləriniz də koronavirusa yoluxublar?
– Düşünürəm ki, bəli, onlar da koronavirusun simptomlarını daşıyırlar. Genişmiqyaslı yoluxma qeydə alınırsa, çoxlu sayda insan yoluxursa, deməli, onlarda bu xəstəlik var. Bu gün hansısa xəstəlik yayılırsa, bu, koronavirusdur. İnsanlar var ki, bunu ağır keçirirlər. Bəzilərində orta, bəzilərində isə daha yüngül formada olur. Valideynlərimdə hələlik xəstəlik orta səviyyədə davam edir. Sevindiricidir ki, vəziyyətləri normaldır. Ağırlşama yoxdur.

– Onlar hansı şəhərdə yaşayır?
– İzberbaşda.

– Koronavirusa yoluxan başqa yaxınlarınız da var?
– Sırf koronavirusun olub-olmadığını deyə bilmərəm. Amma faktdır ki, hazırda ata-anamla birlikdə 2 qardaşım və onların həyat yoldaşları da xəstədirlər. Bu, yalnız koronavirus ola bilər. Çünki adi qrip zamanı bir ailədən maksimum 2-3 nəfər yoluxur. Hazırda isə bizim ailədə 6 nəfər eyni xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşım tərəfdən də 5-6 nəfər eyni anda xəstələnib. Dağıstanda təkcə şəhərlərdə deyil, kənd və qəsəbələrdə də yoluxma halları kifayət qədərdir.

– Ailə üzvləriniz virusa yoluxduqlarını necə biliblər: Onlardan test götürülüb?
– Xeyr, test götürülməyib. Analiz vaxt itkisidir. Bu müddət ərzində xəstənin vəziyyəti ağırlaşa da bilər. Ən yaxşısı, simptomları hiss edən kimi müalicəyə başlamaqdır. Yenə təkrar edirəm, bunun 100 faiz koronavirus olduğunu və ya olmadığını deyə bilmərəm. Bunun üçün testdən keçmək lazımdır. Sadəcə, eyni zamanda bir ailədən 6-7 nəfərin xəstələnməsinə əsasən deyirəm ki, bu, koronavirusdur. Bundan başqa, simptomlar da eynidir: dad, qoxu hiss itir, bədəndə, başda güclü ağrılar olur.

– Qardaşlarınız Dağıstanda nə işlə məşğul olurlar?
– Qardaşlarım məndən böyükdür və taksi fəaliyyəti ilə məşğul olurlar. Onlardan birinin həyat yoldaşı isə xəstəxanada tibb bacısı işləyir.

– Onlar xəstəxanada, yoxsa evdə müalicə alırlar?
– Hamısı evdədir. Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir.

– Necə düşünürsünüz: Dağıstandakı vəziyyətin Azərbaycana da hər hansı mənfi təsiri ola bilər?
– Əvvəlcə onu deyim ki, Azərbaycanda karantin rejiminin tətbiq olunması böyük üstünlük oldu. Mən bu barədə Dağıstandakı yaxınlarıma məlumat verəndə onlar ümumiyyətlə bu barədə düşünmürdülər. Karantin rejiminin yeganə müsbət cəhəti o oldu ki, yoluxma sayı çox olmadı. Alimlər, mütəxəssislər deyirlər ki, virus istənilən əşyadan insana keçə bilər. Necə olacağını bilmirəm. Ümid edirəm ki, Dağıstandakı vəziyyətin Azərbaycana təsiri olmaz.

– Bir neçə gün öncə “Sabah” klubunun futbolçuları testdən keçdilər. Analizi harada götürdülər?
– Bəli, testdən keçdik və nəticələr mənfi oldu. Tibbi personal bazaya gəldi və sosial məsafə qaydalarına, umumi tələblərə uyğun olaraq bizdən analiz götürdülər.

– Koronavirus səbəbindən yarımçıq qalan Premyer Liqanın aqibəti çox müzakirə olunur. Siz bu barədə nə deyə bilərsiniz: Çempionatı başa vurmaq mümkün olacaq?
– Bu barədə heç bir fikrim yoxdur. Ona görə də nə isə deyə bilmərəm. (report)

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səvyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Digər idman növləri2024-04-17 13:05

Nadal qələbə ilə qayıtdı

blank
Digər idman növləri2024-04-17 12:54

“Leykers” pley-offa yüksəldi, Körri üçün mövsüm bitdi

blank
Milli komanda2024-04-17 12:39

Millimizin rəqibi rəqib seçdi

blank
Digər idman növləri2024-04-17 12:30

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

blank
Milli komanda2024-04-17 12:23

Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd

blank
Digər idman növləri2024-04-17 12:12

Məmmədyarov Kanadada qalib oldu

blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm