Digər idman növləri
Hamı medal qazandı – VİDEO
Tərtər “Dəmir Yumruq” kikboksinq klubu 2023-cü ilin yanvarda fəaliyyətə başlayıb. Qısa müddət ərzində tərtərlilər bu idman növündə uğur qazanmağı bacarıblar.
Yanvarın 28-də Bakıda təşkil olunan Klublararası Azərbaycan birinciliyində iştirak edən tərtərlilər doğma rayona medallarla qayıtmağa müyəssər olublar. Birincilikdə 6 kikboksçu ilə iştirak edən “Dəmir Yumruq” klubunun üzvlərinin hamısı fəxri kürsünün ilk pilləsində qərar tutublar.
Klubun direktoru və məşqçisi Şamxal Rəsulzadə tələbələrinin uğurlu çıxışından və gələcək planlar barəsində məlumat verib. Yarışda uğurla çıxış edən idmançılar da əsas məqsədlərinin ölkəmizin idman şərəfini beynəlxalq arenada qorumaq olduğunu bildirib.
Hazırda tərtərli kikboksçular qarşıdan gələn Azərbaycan çempionatına hazırlaşırlar. Məqsəd bu yarışdanda uğurlu nəticə qazanmaqdır.
BƏHRUZ MUSAYEV, TƏRTƏR
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var