Dünya futbolu
İbrahimoviçin “Milan” üçün baş məşqçi şərti
İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviçin növbəti mövsümdə “Milan”da qalması klubun baş məşqçi ilə bağlı qərarından asılıdı.
Futbolinfo.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, təcrübəli forvard yalnız bir şərtlə İtaliya klubunda qalacaq ki, rəhbərlik indiki baş məşqçi Stefano Piolini postunda saxlasın. Əks halda o, bu yay sözügedən komandadan ayrılacaq.
Qeyd edək ki, İbrahimoviçin “Milan”la müqaviləsi bu ilin yayına kimidi. Hazırda A Seriyası koronavirus pandemiyasına görə yarımçıq dayandırıldığından, Zlatan da ölkəsi İsveçə dönüb və sahibi olduğu “Hammarbü” klubu ilə məşq edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?