Bizi izləyin

Ölkə futbolu

İddialıların qənimi olan sürpriz lider

blank
blank

“Zirə”də hər şey yaxşı gedir. Klub tarixində ilk dəfə qazanılan ardıcıl 4 qələbə belə deməyə əsas verir. Qəsəbə təmsilçisi nəticələrdən asılı olmayaraq, hətta növbəti turu da lider kimi başa vuracaq.

Rəşad Sadıqovun yetirmələri yaxşı futbol oynayır. Ötən illərdəki səhvlərdən nəticə çıxarılıb, heyət daha yaxşı komplektləşdirilib. Məşqçi iş də yerində olunca qələbələr sıralanır. “Qarabağ” “Sabah” kimi çempionluğa iddialı iki komandanı top buraxmadan məğlub etmək sıradan nəticə deyil. Deməli, “Zirə” ən azı avrokubok zonasına düşmək üçün sonadək döyüşəcək.

Lakin eyforiyaya qapılmaq olmaz. Elə dünənki matçda “Zirə” “Sabah”dan heç də güclü olduğu üçün qalib gəlmədi. Sadəcə, ilk qolu vuranın qalib olacağı matçda bunu meydan sahibləri etdi. Qonaqlar qalan dəqiqələrdə dayanmadan hücum etsə də, istədikləri qolu vura bilmədi. Lakin hesabı qorumaq da məharət tələb edir.

“Zirə” ötən mövsüm rəqiblərinə çox bəsit qollar hədiyyə edən komanda idi. Müdafiədə xaos var idi, qapı etibarlı əllərdə deyildi. Yarımmüdafiə və hücum xəttində nə istənilən rəqabət vardı, nə də futbolçularda fərdi keyfiyyətlərdə tüksək səviyyə. Sadıqov yeni qapıçı tapmaqla önəmli addım atdı, lakin Ruan Renatonun transferi bəlkə də mövsümün taleyini müəyyən edəcək. Braziliyalı arxa xəttdəki xaosu aradan qaldırıb, irəlidəkilərə etibarlılıq mesajı ötürməklə onları daha cəsarətli edir. “Zirə” yaxşı bir hücumçu da tapsa, iddiasında daha inamlı olacaq.

“Sabah”a gəlincə, komanda yaxşı oynayır, komandada aşkar görünən sistem var. Yeni oyunçular heyətə tam uyğunlaşdıqdan sonra nəticələr də düzələcək. Lakin Aleksey Kaşuk və Coy-Lens Mikelsin gedişi Masazır təmsilçisinin oyunundakı keyfiyyəti azaldıb. Belə komandalarda liderlərin itirilməsinin fəsadları mütləq olur, onların yeri tam doldurulmayanda eniş başlayır. Murad Musayevin yetirmələri əsas rəqiblərinə qarşı son 2 oyunda 5 mühüm xal itirib. Belə start iddialara ciddi zərbədir.

Təbii ki, mövsüm hələ yeni başlayıb, komandalar arasında xal fərqi böyük deyil. Ən azı qışa kimi komandaların ələnməsi prosesi gedəcək, daha sonra mübarizə kəskinləşəcək. Bununla belə, qış fasiləsinə kimi maksimum yaxşı nəticələr əldə edilməlidir ki, mövsümün davamı üçün ümid qalsın. “Sabah”ın dünə sərgilədiyi oyun göstərdi ki, bədbinliyə əsas yoxdur, komanda toparlanacaq. Ona qalsa, “Zirə” daha ehtiyatlı olmalıdır. Sadıqovun qarşısında duran ən çətin vəzifə məhz digər komandalarla görüşlərə futbolçuları hazırlamaqdır. İddialıları yenmək önəmlidir, amma qazanılan üstünlüyü zəif rəqiblərlə görüşlərdə əldən vermək riski də var.

Dünən turun digər matçında “Səbail” də dişini göstərə bildi. Bayıl təmsilçisi yığılan yaxşı heyətə rəğmən, əsl oyununu göstərə bilmirdi. Tovuzda Şahin Diniyevin yetirmələrində hər şey alındı və layiqli qələbə qazandılar. Məşqçinin tapşırıqları düzgün yerinə yetirilincə ilk qələbə gəldi.

“Turan Tovuz”un ev sindromu isə davam edir. İlk 3 turda çətin səfərlərdə qazanılan 6 xalın davamını evdə gətirmək mümkün olmadı. Ötən mövsüm də doğma azarkeşlər önündə daha az xal yığan komanda eyni aqibəti yaşamaqdadır. Ayxan Abbasovun yetirmələri çox pis oynadı və onları buna həm də daha istəkli olan rəqib məcbur etdi.

Ümumiyyətlə, qərblilər hələ mövsümə tam hazır deyil. Abbasovun axtarışda olduğu, heyətlə çox “oynadığı” göz önündədir. Məşqçi komandadakı qüsurları görür, ən yaxşı heyəti müəyyənləşdirməyə çalışır. Dünən alınmadı və məğlubiyyət reallaşdı.

İlk turda “Araz-Naxçıvan”ın qapıçısının hədiyyələri rahat qələbəyə səbəb olmuşdusa, Gəncədə rəqibin heyət yetərsizliyi, üstəlik, Mate Kvirkviya kimi aparıcı futbolçunun erkən zədələnməsi tovuzlulara yardım etmişdi. Düzdür, “Turan Tovuz”un qələbəsinə kölgə salmaq olmaz, səhvlərdən istifadə etmək özü də bir məharətdi. Lakin bu, heç də həmişə mümkün olmur. “Səbail”in qələbəsi yəqin ki, komandanın silkələnməsində böyük rol oynayacaq.

Tovuzluların ən böyük problemi “bir nömrə” kimi oynaya bilməməsidir. Xüsusilə ev matçlarında komanda məhz bunun əziyyətini çəkir. Standart vəziyyətlərdəki üstünlük fayda verməyəndə isə gözlənilməz nəticə qeydə alınır.

Bu gün “Qarabağ”ın növbət qələbəsini qazanmaq şansı çox realdır. Ağdamlılar iki avrokubok matçı arasında heyətdə rotasiya etməyə məcbur olsa da, gəncəlilərin şansı yoxdur. Əsas heyətin bir neçə üzvünün yoxluğu onsuz da kasad olan heyəti bir qədər də zəiflədb. Ona görə də çempionun 2-ci piiləyə qayıdacağına şübhə yoxdur.

Avrokuboklarla vidalaşan “Neftçi” ilə “Qəbələ”nin dueli isə kmandalardan birinin düşərgəsində gərginliyə səbəb olacaq. Uğursuz start götürən hər iki komanda qələbəyə həsrətdir və autsayderlər qrupunda yer alıblar. Bəlkə də qazanılacaq bir xalı qonaqlar üçün qənimət saymaq olar, bakılılar üçün isə qələbədən başqa heç bir nəticə yaxşı sayılmayacaq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm