Bizi izləyin

Müsahibə

“İddiamızdan əl çəkməyəcəyik” – Qurban Qurbanov

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • Oyun barədə çox danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.
  • Penaltilərə hazırlaşmışdız?
  • Xeyir. Ümumiyyətlə, buna hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Ordan diqqətimdə saxlayıram. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik.
  • Oyunun belə çətin keçməsinin sizin üçün yaxşı olduğunu demək olar?
  • Matçın gedişində bunu düşünürdüm. Çox möhkəm mübarizə apardılar. Futbolçularım bir az ayıldı. Çempionluqdan sonra istər-istəməz tam hazırlaşmaq çətin olur. Ağır mövsüm keçirmişdilər. Bu oyun futbolçularımı silkələdi. Mövsümün ən maraqlı və mübarizəli oyunlarından bəlkə də birincisi oldu.
  • Komanda neçə gün istirahət edəcək?
  • Çox az. Mən istəyərdim ki, bütün futbolçularımın əvəzinə lazım olan işləri görüm, dincəlsinlər. Amma milliyə gedəcəklər, çoxunun istirahətə vaxtı olmayacaq. Mən də yəqin 3-4 gün istirahət edə biləcəm.
  • Qarşıdan Çempionlar Liqası gəlir. Yeni mərkəz müdafiəçisi ilə anlaşdığınız deyilir…
  • Xeyr. Anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Fərqli-fərqli mövqe oyunçularıdır. Razılıq yoxdur.
  • Kimlərin gedəcəyi bəllidir?
  • İki gün ərzində hər şey konkretləşəcək.
  • “Qarabağ” 5 il sonra “qızıl dubl” etdi…
  • Çox xoşdur. Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir.
  • Avropada daha yaxşı nəticələr üçün daha səviyyəli oyunçular transfer edəcəksiz?
  • Avropada əldə etdiyimiz uğurlardan da çox məmnunuq. Az nəticələrimiz olmayıb. Minimum əldə etdiyimizi qoruyub saxlamağa çalışırıq. Daha irəli getməyi, təbii ki, istəyirik. Bizdən asılı olmayan məsələlər var. Realist yanaşmaq lazımdır. İlboyu rəhbərliklə də danışıqlarımız olur.
  • Bu mövsüm “Qarabağ” üçün ən uğurlu mövsümlərdən oldu. 10 ballıq şkala ilə mövsümə necə bal verərdiz?
  • Gəlin, futbolçulara 10 bal verək. Çox əziyyət çəkdilər. Elə oyunlar oldu ki, ustalığımız, bəlkə, rəqibdən aşağı oldu, amma istəyin hesabına qələbələr qazandıq. Dözdülər, ciddi yanaşdılar. Onların işə yanaşmasına görə onlara 10 bal verərdim.
  • Bu gün rəqibiniz dostunuz Rəşad Sadıqov idi. Onunla üz-üzə gəldiyiniz üçün hansı hissləri keçirirdiz?
  • Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram. Hər oyun nəsə yeni bir düşüncəsi olur, məşqçiləri daha çox fikirləşməyə məcbur edir. Bu gün bütün xırda detallara toxunmuşdu, analiz etmişdi. Bu da onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Bizim çox güclü dostluğumuz var. Amma bizi güclü dost edən belə işlərdə bir-birimizə güzəşt etməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, ondan daha çox çətindir. Onun hər uğuruna sevinirəm. Qarşıda əldə edəcəyi uğurlar çoxdur.
  • Adətən müəllimlərin tələbələrə hər şeyi öyrətdiyini, bir şeyi gizlətdiklərini deyirlər. Bu gün həmin gizlətdiyiniz şeyin qələbəni gətirdiyini düşünmürsüz?
  • Yaxınlarım, dostlarım üçün heç nəyi gizlətmirəm.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm