Bizi izləyin

Layihə

İdman uğurlarımızda qadın izi

blank
blank

Azərbaycan idmanı haqqında danışdıqda onu iki hissəyə ayırmalıyıq. Birincisi sovet dövründə olan idmanımız, digəri isə müstəqillik dönəmində. Bu ikisi arasında müqayisə apardıqda onlardan hansının daha güclü olduğunu araşdırmaq düzgün olmaz. Çünki müstəqillik dönəmi ilə əvvəlki arasında şərait və imkanlar eyni olmayıb.

Bu iki dönəmi bir-birindən fərqləndirən başlıca amil müstəqillik zamanı idmançıların beynəlxalq yarışlarda iştirakı imkanının xeyli yüksək olmasıdır. Əvvəllər hər hansı azərbaycanlı idmançının mötəbər beynəlxalq yarışlara yollanması bizim üçün böyük uğur hesab edilirdi. Belə idmançıların sayı az olduğuna görə respublikamızda onları hər kəs tanıyırdı. Bu, indiki dövrlə fərqli məqamdır. Ancaq bənzər məqamlar da var. Onlardan da başlıcası uğur qazanan təmsilçilərimizin cinsi mənsubiyyətidir.

Qadınlar hər zaman Azərbaycan idmanını yüksəklərə ucaldan olublar. Bu mənada həm sovet dövrünə , həm də müstəqillik dönəminə nəzər salsaq, onların kişilərdən geri qalmadığını, hətta bəzi hallarda daha üstün olduqlarını görmək mümkündür.

blank

Təsadüfi deyil ki, hər iki dövrdə ilk Olimpiya qızıl medalını da qadınlarımız qazanıb. Keçmiş SSRİ dövründə bunu İnna Rıskal edib. Ondan sonra Rəfiqə Şabanova da Olimpiya Oyunlarının qalibi olub. Müstəqillik dönəmində isə ilk olimpiya qızılını ölkəmizə Zemfira Meftiəddinova qazandırıb.

Göründüyü kimi, idmanın əsas zirvəsi və tərəzisi olan Olimpiya Oyunlarında ilklər qadınlardır. Bu da qadınlarımızın kişilərdən nəinki geri qalmadığını, hətta onları üstələdiyindən xəbər verir. Fikrimizin düzgünlüyünü daha güclü sübut etmək üçün İnna Rıskalın digər bir nailiyyətini vurğulamalıyıq. Buvaxta qədər Azərbaycan idmanı tarixində yeganə ikiqat olimpiya çempionu məhz əfsanəvi voleybolçumuzdur.

Rıskal təkcə Azərbaycan idman tarixinin deyil, həmçinin SSRİ voleybol tarixinin ən güclülərindən sayılır. 4 Olimpiya Oyunlarında iştirak edən Rıskal 2 dəfə qızıl, 2 dəfə də gümüş medal qazanıb. Məhz bu nailiyyətlərinə görə o, “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilib.

Müstəqillik dövrünün ilk illərində xalqımızın, bütün idman ictimaiyyətinin ölkəmizin bayrağının Olimpiya Oyunlarında medalların təqdimetmə mərasimində dalğalanmasını görmək arzusu bugünkü ilə müqayisədə daha güclü idi. Bunun da səbəbi ilk illərdə belə qələbələrin əlçatmazlığı, çətinliyi və fövqəladə bir şey olması hissi idi. Məhz buna görə bu gün olimpiya çempionları dedikdə kimsə yaddan çıxsa da, Zemfira Meftiəddinova daim yadda olur. Stend atıcılığında çempionumuz tarixə düşmək üçün əlində olan fürsətdən yararlanmağın nümunəsini göstərdi. Nəzərə almaq lazımdır ki, onun qızıl medal alacağını gözləyənlərin sayı da az idi. Hamı qızıl medalı Namiq Abdullayevdən gözlədiyi halda Zemfira onu qabaqlayaraq tarixə adını birinci yazdırdı.

blank

Qadın idmançılarımızın gücü və daim uğur qazanması təkcə Olimpiya Oyunları ilə bağlı deyil. Həm dünya çempionatları, həm qitə birincilikləri , həm də İslam və Avropa oyunlarında qadınlarımız kişilərdən geri qalmayıblar. Buna əyani sübut kimi son Avropa Oyunlarını qeyd edə bilərik. Polşada qazanılan qızıllardan birinin müəllifi karateçimiz İrina Zaretskadır.

Azərbaycan qadınlarının idmandakı uğurlarından danışarkən bir şeyi də qeyd etmək mütləqdir. Bugünə qədər heç bir komanda növündə ölkəmiz dünya çempionatlarında təmsil edilməyib. Bu işi bacaran yalnız voleybolçularımız olub. Avropa çempionatlarında daim iştirak edən millimizin dünya çempionatında çıxışı ölkə idmanımız üçün unikal haldır.

Qadın voleybol klublarımızın titullarını da yaddan çıxartmamalıyıq. Məhz onların sayəsində bu gün Azərbaycanın adını voleybol üzrə müxtəlif Avropa kuboklarının məlumat vərəqəsində görmək mümkündür.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Digər idman növləri2024-04-17 13:05

Nadal qələbə ilə qayıtdı

blank
Digər idman növləri2024-04-17 12:54

“Leykers” pley-offa yüksəldi, Körri üçün mövsüm bitdi

blank
Milli komanda2024-04-17 12:39

Millimizin rəqibi rəqib seçdi

blank
Digər idman növləri2024-04-17 12:30

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

blank
Milli komanda2024-04-17 12:23

Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd

blank
Digər idman növləri2024-04-17 12:12

Məmmədyarov Kanadada qalib oldu

blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm