Digər idman növləri
İki cütdə hesab 3:2 oldu
MBA-da dünən gecə daha 2 görüş keçirilib. Ənənəyə uyğun olaraq, əvvəlcə Şərq konfransındakı oyuna start verilib.
Ev üstünlüyünü əldən verdikdən sonra Filadelfiyada qalib gələn “Boston Seltiks” doğma arenada yenə uğursuzluğa düçar olub. “Filadelfiya Siksers” bütün oyunu daha ağıllı keçirərək qələbə qazanıb – 115:103.
Adətən “TD Garden”də inamlı təsir bağışlayan “Seltiks” bu seriyada özünə bənzəmir. Komandanın lideri Teytum görüşdə 36 xaldan başqa 10 ribaund edib. Lakin komanda yodaşları ona kifayət qədər dəstək verə bilməyiblər. Qonaqlarda Embid yenə də məhsuldar olub. Mövsümün ən yaxşı oyunçusu ardıcıl 3-cü görüşdür ki, 30 xaldan çox toplayır. Bu dəfə Maksi də kifayət qədər məhsuldar olub.
Bu qələbə ilə “Filadelfiya Siksers” seriyada 3:2 önə keçib. Növbəti oyunu evdə qələbə ilə tamamlayacaqları təqdirdə Dok Rivers keçmiş komandasını mübarizədən kənarlaşdıracaq.
Qərb konfransında da oyun gərgin alınmayıb. Denver təmsilçisi doğma arenada qələbələrini davam etdirir. Finiksdə iki oyunda məğlubiyyətdən sonra “Naggets” doğma divarların köməkliyi ilə 118:102 hesablı qələbə qazanıb.
Serbiyalı Nikola Yokiç yenə də fantastik oyun nümayiş etdirib. Mərkəz basketbolçu tripl-dabl edib. Keçən oyunda “Sans”ın sahibi ilə münaqişə edən Yokiç budəfəki görüşdən əvvəl onunla barışıb. Qonaqların heyətində Buker 28 xal toplayıb. Dürant isə 26 xal qazanmaqla bərabər 7 dəfə də top itkisi ilə diqqət çəkib.
Beləliklə, bu qələbədən sonra “Naggets” seriyada 3:2 öndədir. Növbəti oyun Finiksdə keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”