Digər idman növləri
İkiqat Olimpiya çempionunun arzuları
İkiqat Olimpiya çempionu Endi Marrey peşəkar karyerasının sonuna qədər qalib gəlmək istədiyi turnirlərin adlarını açıqlayıb.
Britaniyalı tennisçi karyerası ərzində 46 turnirin qalibi olub. Onlar arasında “Uimbldon” və “US Open” də var.
“Australian Open” bu mənada arzumdur. “Roland Garros” da həmçinin. ATP-nin turuna gəlincə, “İndian-Velss”i qeyd edərdim. Həmişə bu turniri xoşlamışam və sevə-sevə də iştirak etmişəm”, deyə Marrey “ATP Tennis Radio”ya açıqlamasında bildirib.
Xatırladaq ki, Madriddə keçirilən “Masters” turnirində Endi ilk mərhələdə 6:2, 7:6 (9:7) hesabı ilə Andrea Vavvassoriyə məğlub olmuşdu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub