Digər idman növləri
İlin yekun turnirində ilk yarımfinalçı bəlli oldu
İtaliyada keçirilən ilin yekun turnirində yarımfinala vəsiqəni təmin edən ilk tennisçi məlum olub. “Qırmızı” qrupda keçirilən 2-ci turun oyunlarından sonra Daniil Medvedev bunu rəsmiləşdirməyi bacarıb.
İlk oyunda korta Karlos Alkarasla Andrey Rublyov çıxıblar. Hər iki tennisçi keçirdikləri ilk oyunlarda məğlub olduqlarına görə bu matç onlar üçün həlledici idi. İspaniyalı tenisçi ilk setdə əziyyət çəksə də, qələbə qazana bilib – 7:5, 6:2.
İkinci oyunda rusiyalı Medvedevlə almaniyalı Aleksandr Zverev qarşılaşıb. Medvedev ilk setdə tay-breykdə qalib gəlib. 2-ci seti isə breyk etməklə qazanıb. Beləliklə də o, qrupdan çıxmağı bacaran ilk tennisçi olub. Medvedevin həmyerlisi Andrey Rublyov isə yarımfinala çıxmaq şansını itirib.
Bu qrupda 3-cü turda Medvedevlə Alkaras, Zverevlə də Rublyov qarşılaşacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”