Premyer-liqa
“İlk qol oyunun qırılma nöqtəsi oldu” – Yunis Hüseynov
“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, payatxt klubunun çalışdırıcısı 1:6 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda danışılası bir şey yoxdur. İlk qol oyunun qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdur.
- 6 rəqəminə nifrət etməyə başlamısız?
- Futboldur, 0:10 da olur, 0:8 də olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir.
- Komandada bu gün nə çatışmırdı?
- İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi, düzdür, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdı. Hər komandada belə məğlubiyyətlər olur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?