Dünya futbolu
“İnter”in sabiq baş məşqçisi Qətər klubunda
İtaliyanın “İnter” komandasının sabiq baş məşqçisi Andrea Stramaççioninin yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Əl Qarafa” komandasına baş məşqçi təyin olunub.
Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb. Stramaççioni ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Baş məşqçi karyerası ərzində “Roma”, “İnter” kimi komandaları çalışdıran Stramaççioninin son iş yeri İranın “İstiqlal” klubu olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…