Dünya futbolu
İnzaqi ilk hissəyə görə təəssüflənir
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalında “Portu”ya 1:0 hesabı ilə qalib gəldikləri ilk matçı şərh edib. O, yaxşı rəqibə qarşı oynadıqlarını bildirib:
“İlk hissəyə görə təəssüflənirik, çünki önə keçə biləcəyimiz bir neçə qol epizodumuz var idi. İkinci hissədə “Portu” təhlükəli əks-hücumlar etdi. İlk hissədə topu ötürməkdə daha sürətli olmalıydıq. Biz daha yaxşı və daha sürətli hərəkət etməliydik. Amma rəqiblərimiz bizi əsəbi şəkildə sıxdılar. Topu ötürərkən tempi artırmalı olduq”.
Mütəxəssis əvəzetmələrin komandasına kömək etdiyini vurğulayıb: “Oyun ərzində Şkrinyar və Onana tərifdən artıq oynadılar. Əvəzetmələr də bizə çox kömək oldu”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”