Dünya futbolu
İnzaqi “İnter”i finala çıxaran ikinci italiyalı oldu
“İnter” tarixi ərzində 6-cı dəfə Çempionlar Liqasının (əvvəlki adı Çempionlar Kuboku) finalına vəsiqə əldə etdi. Bu, 2009/10 mövsümündə Joze Mourinyonun başçılığı ilə reallaşan uğurdan sonra ilk belə haldır.
Futbolinfo.az xəbər verir ki, Simone İnzaqi də tarixə düşməyi bacardı. O, vətəninin komandası ilə ÇL finalı görən 6-cı mütəxəssis oldu. Onadək Fabio Kapello “Milan”la 3, Karlo Ançelotti 2 dəfə həlledici görüşə vəsiqə qazanmışdı. “Yuventus”la Marçello Lippi 4, Maksimiliano Alleqri 2 dəfə final görüb. “İnter” yerli mütəxəssislə belə uğura ikinci dəfə imza atdı. İlk dəfə 1972-ci ildə Covanni İnvernizzi bunu bacarmışdı.
“İnter” cari mövsümdə oynadığı 6 pley-off matçında məğlubiyyət görmədi və 5 dəfə qapısını toxunulmaz saxladı.
Xatırladaq ki, “İnter” “Milan”la yarımfinaldakı hər iki derbidə qalib gəldi. Nominal qonaq kimi 2:0-a, dünənki ev matçında 1:0-a sevinən “neradzurra” finaldakı rəqibini bu gün tanıyacaq. “Mançester Siti” ilə “Real”ın Madriddəki dueli 1:1 hesabıyla bitib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”