Dünya futbolu
İPL-də yanvarın ən yaxşısına namizədlər
İngiltərə Premyer Liqasının rəsmi saytı yanvar ayı üçün ən yaxşı futbolçu mükafatına namizədlərin adlarını açıqlayıb. Mükafata 6 futbolçu iddialıdır.
Siyahıya “Liverpul”dan Jota və Konor Bredli, “Tottenhem”dən Rişarlison, “Arsenal”dan Qabriel Maqalyaeş, “Mançester Siti”dən Kevin de Brüyne və “Luton”dan Bem Adebayo düşüb.
Səsvermə fevralın 12-dək davam edəcək. Azarkeşlərin səsləri ekspertlərin fikirləri ilə birləşdirildikdən sonra qalib elan ediləcək.
Xatırladaq ki, dekabr ayında ən yaxşı futbolçu “Bornmut”dan Dominik Solanke seçilmişdi. “Aston Villa”nın çalışdırıcısı Unay Emeri isə ən yaxşı baş məşqçi olmuşdu.