Dünya futbolu
İsgəndərlidən Albaniyada daha bir qol
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 10-cu tur çərçivəsində səfərdə “Skenderbeu” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
İsgəndərli oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. 53-cü dəqiqədə isə o, sarı vərəqə alıb.
“Eqnatiya” hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub