Milli komanda
İslamiada: Azərbaycan millisi finala çıxa bilmədi
Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komandamız “19 iyul” stadionunda təşkil olunmuş qarşılaşmada Türkiyə millisi ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub. Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb.
Digər yarımfinal görüşündə Səudiyyə Ərəbistanı Əlcəzairə 2:1 hesabıyla qalib gəlib.
Beləliklə, avqustun 16-da baş tutacaq finalda Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzairlə görüşəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”