Dünya futbolu
İsrafilov mövsümün son matçında oynamadı
Futbol üzrə İspaniya 2-ci liqasında 2019/20 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də bu mövsümün son matçına çıxıb.
Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə “Kadis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Albasete” bu qələbə sayəsində xal ehtiyatını 52-yə çatdırıb və 22 iştirakçı arasında 17-ci yeri tutmaqla aşağı liqaya düşməkdən qurtulub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”