Dünya futbolu
İsrafilovun komandasından cari mövsümdə ilk qələbə
Futbol üzrə İspaniya 2-ci liqasında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Sabadell” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü bundan cəmi iki dəqiqə öncə sarı vərəqə ilə də cəzalanıb.
İlk qələbəsini qazanan “Albasete” 6 turdan sonra 4 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?